• Bakı 19° C

    3.08 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Metronun bu stansiyasında qatarların hərəkəti dayandı - AÇIQLAMA

CƏMİYYƏT

30 Iyul 2026 | 11:35 | Müəllif: Əli Hüseynov

Metronun bu stansiyasında qatarların hərəkəti dayandı - AÇIQLAMA

Ötən gün metronun "Azadlıq prospekti" stansiyasında qatarların hərəkətində problem yaranıb. Sosial şəbəkədə məlumat paylaşan vətəndaş bildirib ki, ödəniş edib platformaya düşən sərnişinlərə qatarların hərəkət etmədiyi deyilib.

Bakıvaxtı.az-ın xəbərinə görə, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, 29 iyul tarixində saat 23:55 radələrində Bakı metropolitenini qidalandıran yüksək gərginlikli elektrik kabel xəttində baş vermiş qısaqapanma səbəbindən Yaşıl xəttin "Memar Əcəmi–Dərnəgül" sahəsində qatarların hərəkətində qısamüddətli fasilə yaranıb.

"Operativ görülmüş tədbirlər nəticəsində alternativ elektrik mənbələrindən istifadə olunaraq qatarların hərəkəti qısa müddətdə bərpa edilib və Bakı metropoliteni normal iş rejimində fəaliyyətini davam etdirib", - deyə B.Məmmədov qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026