• Bakı 10° C

    13.85 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1523

Metroda yeni keçid inşa edilir - FOTOLAR

CƏMİYYƏT

08 Aprel 2026 | 11:34

Metroda yeni keçid inşa edilir - FOTOLAR

Bakı Metropoliteni tərəfindən Yaşıl və Qırmızı xətlər ayrıldıqdan sonra hər biri müstəqil fəaliyyət göstərəcək bu xətlər arasında yeganə keçid məntəqələri olacaq “28 May” və “Cəfər Cabbarlı” stansiyalarında rahat və təhlükəsiz hərəkəti təmin edəcək infrastruktur şəraitini, habelə sərnişin axınının tənzimlənməsi imkanları yaxşılaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Tikinti Layihələrinin İdarəedilməsi departamentinin rəisi Məmməd Rzayev jurnalistlərə açıqlamasında deyib.

Bildirib ki, yeni piyada keçidi “Cəfər Cabbarlı” stansiyasının platformasına birbaşa, sürətli və ən qısa hərəkət istiqaməti yaradacaq. Bununla da sərnişin axınını “Dərnəgül” və “Xətai” istiqamətinə ayırmaqla “28 May” stansiyasında daha nizamlı və təhlükəsiz hərəkət təmin olunacaq.

Bu keçid “28 May” stansiyasına daxil olan sərnişinlərin giriş-çıxışı üçün də növbəti əlverişli şərait yaradacaq. Sərnişinlər “Cəfər Cabbarlı” stansiyasından istifadə etməklə ən qısa yolla “28 May” stansiyasının platformasına daxil ola biləcəklər. Beləliklə, “28 May” stansiyasının giriş qapısında gözləmədən birbaşa platformaya daha qısa müddətdə, rahat və sürətli daxil olmağa imkan verəcək, eyni zamanda platformada əlavə sıxlığın yaranmasının qarşısı alınacaq.

Hazırda “28 May” stansiyasının platforması ilə birləşmə hissəsində işlər davam edir. Paralel olaraq, üç hissədən ibarət pilləkənlərdə metal karkas qurularaq betonlama işlərinə hazırlıq görülür.

Yekun mərhələdə üzləmə işləri aparılacaq piyada keçidinin yeni tədris mövsümünə qədər istifadəyə verilməsi nəzərdə tutulub./Teleqraf 


SON XƏBƏRLƏR

07 Aprel 2026