• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Messi ömürlük müqaviləyə razılıq verdi

İDMAN

01 May 2021 | 16:01

Messi ömürlük müqaviləyə razılıq verdi

“Barselona”nın kapitanı Lionel Messi klubun ömürlük müqavilə təklifinə razılıq verib.

Bakıvaxtı.az-ın məlumatına görə, anlaşma baş tutarsa, argentinalı superulduz karyerasını bitirdikdən sonra da kataloniya klubunun rəhbərliyində yer alacaq.

33 yaşlı oyunçu hətta maaşında endirimə getməyə də hazırdır. Leo ilk ilində məvacibinin yarısından imtina edir. Bir şərtlə ki, Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland transfer edilsin. Klub prezidenti Joan Laporta da tezliklə norveçli üçün almanlarla danışığa başlayacaq.

Qeyd edək ki, Lionel Messi cari mövsüm La Liqada 31 oyunda keçirib, 26 qol, 9 assistlə yadda qalıb.(unikal.org)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR