• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Messi MLS-in bombardirlər yarışında liderliyə yüksəlib

İDMAN

13 Sentyabr 2026 | 10:24 | Müəllif: Əli Hüseynov

Messi MLS-in bombardirlər yarışında liderliyə yüksəlib

Səkkiz dəfə "Qızıl top" sahibi olan argentinalı hücumçu Lionel Messi MLS-in ("Major League Soccer") müntəzəm çempionatının "Neşvill"ə qarşı ev oyununda (2:2) qol vurub.

Bakıvaxtı.az-ın verdiyi məlumata görə, Messi bu mövsümdə 19-cu, karyerasında isə 928-ci qolunu vurub.

Nəticədə Messi çempionatın bombardirlər yarışında vahid liderə çevrilib. O, 18 qol vuran "Dallas"ın futbolçusu Petar Musanı qabaqlayıb.

Messi MLS-də ardıcıl qol vurduğu oyunların sayını yeddiyə çatdırıb. Bu müddət ərzində onun hesabında 7 qol və 4 məhsuldar ötürmə olub.

"İnter Mayami" 25 oyundan sonra 45 xalla Şərq Konfransının turnir cədvəlində ikincdir. "Neşvill" isə 54 xalla liderdir.

MLS-in növbəti oyununda "İnter Mayami" sentyabrın 21-də "San Dieqo"nu qəbul edəcək. "Neşvill" isə bir gün əvvəl evdə "Çikaqo" ilə qarşılaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026