Məşhur reper Diddinin (Puff Daddy) iki fərqli şəhərdəki - Mayami və Los-Ancelesdəki evlərinə polis eyni vaxtda basqın edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “TMZ” məlumat yayıb.
Cinsi qısnama, zorlama, insan alveri ilə ittiham olunan reperin evindən çoxlu sübutlar toplanıb.
Reyd zamanı bir neçə nəfərin saxlanıldığı bildirilib.
Qeyd edək ki, reper "Coming Home", "Bad Bod for Life" kimi mahnıları ilə tanınıb.
Günəş Mərd
















