• Bakı 16° C

    1.86 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Məşhur polkovnikə yeni vəzifə verildi

CƏMİYYƏT

10 Yanvar 2025 | 19:56 | Müəllif: Subhan Mahmudov

Məşhur polkovnikə yeni vəzifə verildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Rza Xudiyev yeni işlə təmin edilib.

Bakıvaxtı.az "Qaynarinfo"a istinadən xəbər verir ki, ehtiyatda olan FHN polkovniki "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə departamentinin baş mütəxəssisi (konkret sahə üzrə yüksək hazırlığa, yetəri qədər məlumata və praktiki fəaliyyətə malik olan işçi) vəzifəsinə təyin olunub.

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov bu barədə müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Rza Xudiyev FHN-in məşhur polkovniklərindən biridir və 47 il Dövlət Yanğından Mühafizə Xidmətində çalışıb. Rza Xudiyev ötən ilin iyul ayında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026