Arabesk musiqisinin tanınmış simalarından olan müğənni Cansever 59 yaşında vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, sənətçi müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Onun vəfatı ilə bağlı acı xəbəri Mehtap sosial media hesabından paylaşıb.
“Cansever ablam rəhmətə getdi. Cəmi iki gün əvvəl danışmışdıq”, – deyə Mehtap bildirib.
Canseverin vəfatı sənət camiəsində və onu sevənlər arasında böyük üzüntü yaradıb.
Zeynəb Rzayeva
Bakı 




