• Bakı 18° C

    0.57 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Məşhur boksçu öldü

HADİSƏ

03 Oktyabr 2022 | 11:25

Məşhur boksçu öldü

Braziliyalı əfsanəvi boksçu Eder Jofre dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, keçmiş idmançı 86 yaşında vəfat edib.

Jofre 1957 - 1976-cı illərdə peşəkar boksda çıxış edib. Döyüşçü 1960-cı və 1973-cü ildə dünya çempionu olub.

O, karyerasında keçirdiyi 78 görüşün 72-də qələbə qazanıb. 4 dəfə heç-heçə edən braziliyalı boksçu yalnız iki dəfə uduzub. Jofre hər hər iki məğlubiyyəti yaponiyalı Masahiko Haradadan alıb.

Qeyd edək ki, Eder Jofrenin adı 1992-ci ildə Beynəlxalq Boks Şöhrət Zalına daxil edilib. /Report


Məşhur boksçu öldü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR