• Bakı 13° C

    2.5 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Məşhur aktyor 42 yaşında xərçəngin qurbanı oldu

ŞOU

31 Mart 2026 | 16:00

Məşhur aktyor 42 yaşında xərçəngin qurbanı oldu

Amerikalı komediyaçı, aktyor Aleks Duonq vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, 42 yaşlı aktyor nadir və aqressiv xərçəng xəstəliyi ilə bir il davam edən mübarizədən sonra dünyasını dəyişib.

O, ölümündən bir gün əvvəl xəstəxanada septik şoka düşüb.

Qeyd edək ki, Duonqun alveolyar rabdomiosarkoma diaqnozu 2025-ci ilin əvvəlində baş ağrılarından sonra sol gözündə yaranan şişkinlikdən sonra qoyulub. Bir müddət sonra aktyor həmin gözündə görmə qabiliyyətini itirib. Xərçəngi sonda onurğasına metastaz verib və fevraldan etibarən Duonq yataq xəstəsi olub./Axşam.az


SON XƏBƏRLƏR