• Bakı 12° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

İtkin düşən məktəbli qız tapıldı - YENİLƏNİB

HADİSƏ

26 Oktyabr 2022 | 11:12

İtkin düşən məktəbli qız tapıldı - YENİLƏNİB

Masallıda itkin düşən 11-ci sinif şagirdi tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayevin verdiyi məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən 11 sinif şagirdi 2006-cı il təvəllüdlü Məleykə Məmmədova bir gündən sonra yeri müəyyən olunub və o, tapılaraq ailəsinə təhvil verilib.

 

09:21

Masallıda məktəbli itkin düşüb.

Bakıvaxtı.az  xəbər verir ki, oktyabrın 24-də 11-ci sinif şagirdi, 2006-cı il təvəllüdlü Məleykə Məmmədova şəxsiyyətini təsdiq edən sənədi evdən götürərək tibb kursuna getmək adı ilə evdən çıxıb və geri qayıtmayaraq itkin düşüb.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026