• Bakı 22° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Meksikalı boksçu dünya çempionu titulunu qorudu

İDMAN

28 Fevral 2021 | 10:48

Meksikalı boksçu dünya çempionu titulunu qorudu

Meksikalı Saul Alvares Dünya Boks Şurası (WBC) və Ümumdünya Boks Assosiasiyası (WBA, "super" prefiksi ilə) versiyalarına görə 76.2 kiloqrama qədər çəki dərəcəsində dünya çempionu titulunu qoruyub.

Bakıvaxtı.az-ın məlumatına görə, görüş Mayamidə (ABŞ, Florida) keçirilib və 12 raunddan ibarət olub. S.Alvares bu döyüşün üçüncü raundundan sonra türk Avni Yıldırıma texniki nokautla qalib gəlib.

30 yaşlı meksikalı boksçunun rekorduna indi 55 qələbə (37 KO), bir məğlubiyyət və iki heç-heçə daxildir. Meksikalı ilk dəfə WBC və WBA versiyaları üzrə çempion titulunu ötən il 20 dekabrda britaniyalı Kallum Smiti məğlub edərək qazanıb.

29 yaşlı A.Yıldırımın isə 21 məğlubiyyəti (12 nokautla), üç məğlubiyyəti var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026