• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Məhbuslar iğtişaş törətdi

DÜNYA

22 Iyul 2024 | 12:17

Məhbuslar iğtişaş törətdi

Perm koloniyasında məhbuslar iğtişaş törədiblər.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, Perm vilayətinin Çusovski rayonunda ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlar  koloniyanın daxilindəki avadanlıqların bir hissəsini sındırıblar.

“Məhkumlar rabitəni kəsən tıxacları qırıblar. Digər məlumata görə, videokameralar və qıfıllar da sındırılıb”, - qrup administratoru qeyd edib.

Bildirilib ki, hadisə yerinə çevik qüvvələr cəlb olunub və nəticədə tətil iştirakçıları cəza kamerasına salınıb.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026