Birləşmiş Millətlər Təşkilatının Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF 13) iştirak etmək üçün Bakıda səfərdə olan yüksək səviyyəli nümayəndə heyətləri paytaxtın tarixi-mədəni məkanları ilə tanış olmağa davam edir.
Bakıvaxtı.az-ın xəbərinə görə, forum iştirakçıları arasında yer alan Mavriki Respublikasının Prezidenti Dharambir Qoxul , bu gün Bibiheybət məscidini ziyarət edib.
Dövlət başçısına məscidin tarixi, memarlıq xüsusiyyətləri, həmçinin dini və mədəni əhəmiyyəti haqqında ətraflı məlumat verilib.
Qonaq Azərbaycanın İslam irsinin qorunması və dini abidələrə göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.
Ziyarət zamanı Mavriki Prezidentinə müqəddəs ziyarətgahın bərpa prosesi və müasir görkəmi barədə də təqdimat olunub.
Murad İsmayıl
Bakı 






