Serbiya COP29-da çox aktiv şəkildə iştirak edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Serbiyanın xarici işlər naziri Marko Curiç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 20 ildən ardıqdır ki, Azərbaycan-Serbiya münasibətləri mövcuddur:
“Bakıda apardığımız müzakirələr çox faydalı olub. İldən-ilə əməkdaşlıq genişlənir və bu il rekord səviyyədədir. Ancaq biz əməkdaşlığımızı daha da artırmaq niyyətindəyik. İnsanlar arasında da əlaqənin artması üçün iqtisadiyyatımız inkişaf etməlidir. Azərbaycan COP29-a ev sahibliyi edəcək. Buna görə təbrik edirəm. Hazırda iqlimlə bağlı təşəbbüslərin həyata keçirilməsi çox önəmlidir”.
















