• Bakı 16° C

    1.45 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Magistrı yenicə bitirib qayıtmışdı - Qəzada öldü

HADİSƏ

10 Avqust 2025 | 00:13 | Müəllif: Subhan Mahmudov

Magistrı yenicə bitirib qayıtmışdı - Qəzada öldü

İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu gün saat 08 radələrində rayonun Qurbanəfəndi kəndi ərazisində “Toyota” və “VAZ-21011” markalı avtomobillər toqquşub. 

Nəticədə “Toyota”da olan sərnişin, 34 yaşlı Aydan Vüsət qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb. 

DİN-in mətbuat xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, yaxınlarının paylaşdığı məlumata görə, Aydan bir ay əvvəl Pekin Universitetində magistr təhsilin bitirib qayıtmışdı./qafqazinfo


Magistrı yenicə bitirib qayıtmışdı - Qəzada öldüMagistrı yenicə bitirib qayıtmışdı - Qəzada öldü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026