• Bakı 18° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Ləman Ələşrəfqızını aldadan şəxs SAXLANILDI

CƏMİYYƏT

02 Iyul 2026 | 21:19 | Müəllif: Subhan Mahmudov

Ləman Ələşrəfqızını aldadan şəxs SAXLANILDI

Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə Teleqram hesabını ələ keçirərək dələduzluq edən şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə dələduzluğa məruz qalan jurnalist Ləman Ələşrəfqızı məlumat verib.

"Az əvvəl DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən zəng edilərək bildirildir ki, kiberdələduz saxlanılıb. Pulum karta qaytarıldı. Cinayətkarın kimliyini hələlik bilmirəm, amma düşünürəm ki, onunla üzləşmək imkanım olacaq" - jurnalist bildirib.

Qeyd edək ki, ötən gün Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadənin Teleqram hesabı dələduz(lar) tərəfindən ələ keçirilərək "əlaqələr" siyahısındakı şəxslərdən pul istənilib.

İ.Ağazadənin Teleqram hesabı vasitəsilə aldadılan şəxslər arasında jurnalist Ləman Ələşrəfqızı da olub. Özünü İ.Ağazadə kimi təqdim edən şəxs xəstəxanaya düşdüyünü və pula ehtiyacı olduğunu deyərək jurnalistdən onlayn köçürmə yolu ilə 600 manata yaxın pul alıblar.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026