Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Manilada keçirilən ASEAN tədbirləri çərçivəsində Misirin xarici işlər naziri Bədr Abdel Atı ilə görüş keçirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Lavrov bundan əvvəl Hindistan, Pakistan, Banqladeş, Braziliya XİN rəhbərləri və "Rusiya - ASEAN" formatında nazirlər səviyyəsində konsultasiyalar aparıb.
Onun həmçinin Manilada ABŞ dövlət katibi Marko Rubio ilə danışıqlar aparacağı gözlənilir.
Zeynəb Rzayeva
Bakı 



