• Bakı 22° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Lavrov: Afrika ikinci oyanışını yaşayır

DÜNYA

20 Dekabr 2025 | 23:05

Lavrov: Afrika ikinci oyanışını yaşayır

"Afrika qitəsi öz resurslarını və gələcəyini idarə etmək üçün suveren hüququna israr edərək ikinci bir oyanış yaşayır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya-Afrika Tərəfdaşlıq Forumunun ikinci nazirlər konfransında bildirib.

Lavrov qeyd edib ki, zaman dəyişir və Afrika sürətlə çoxqütblü dünya nizamının əsas mərkəzlərindən birinə çevrilir. 

Nazir vurğulayıb: "Afrika, deyərdim ki, ikinci bir oyanış dövrünü yaşayır və Afrika ölkələri uzun müddət əvvəl əldə etdikləri siyasi müstəqillikdən sonra suverenliklərinə və öz resurslarını və daha geniş mənada öz taleyini müstəqil idarə etmək hüquqlarına hörmətlə yanaşmağı getdikcə daha çox tələb edirlər".

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026