Türkiyənin tanınmış iş adamı, Rahmi Koç haqda İzmirdə keçirilən tədbirdə səsləndirdiyi “xəstə kürd qadın” məzmunlu lətifəyə görə istintaq başladılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
İzmir Baş Prokurorluğu hadisə ilə bağlı “xalqın bir hissəsini açıq şəkildə alçaltma” maddəsi üzrə araşdırma aparır.
Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra Rahmi Koç sərt tənqid olunub. Kürd təşkilatları, siyasi partiyalar və ictimaiyyət nümayəndələri onun sözlərini irqçi və qadınları alçaldan ifadələr kimi qiymətləndiriblər.
Koç sonradan üzr istəsə də, bu addım cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir çox insan üzrün kifayət etmədiyini və səsləndirilən fikirlərin qəbuledilməz olduğunu bildirib.
Bakı 




