• Bakı 18° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Küçədən 2 nəfərin meyiti tapıldı

HADİSƏ

27 Noyabr 2025 | 12:04

Küçədən 2 nəfərin meyiti tapıldı

Bakıda küçədən 2 nəfərin meyiti tapılıb.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, noyabrın 26-sı saat 08 radələrində Kürdəmir rayon sakini 1981-ci il təvəllüdlü Elçin Eyyubovun meyiti Qara Qarayev prospekti 26 ünvanında yerləşən söhbətgahda tapılıb.

Meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Oxşar hadisə Yasamal rayonunda da baş verib. Dünən saat 07 radələrində Şuşa rayon sakini 1985-ci il təvəllüdlü Vüqar Səfərovun üzərində zorakılıq əlamətləri olmayan meyiti M.C.Məmmədzadə küçəsi ev 128-in qarşısında tapılıb. Onun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026