• Bakı 24° C

    7.1 m/s

KTMT-nin “Rubej-2026” hərbi təlimləri keçirilir

DÜNYA

14 Sentyabr 2026 | 10:29 | Müəllif: Günəş Mərd

KTMT-nin “Rubej-2026” hərbi təlimləri keçirilir

Qazaxıstanın Koktal təlim poliqonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Orta Asiya Regionunun Kollektiv Sürətli Yerləşdirmə Qüvvələrinin iştirakı ilə “Rubej-2026” hərbi təlimlərinin aktiv mərhələsinə start verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə KTMT Birləşmiş Qərargahının mətbuat katibi Vladislav Şeqrikoviç "TASS"a məlumat verib.

Bildirilib ki, təlimlər KTMT-yə üzv dövlətin ərazisinə daxil olan qanunsuz silahlı qrupların məhv edilməsi üzrə döyüş əməliyyatlarına hazırlıq və onların həyata keçirilməsinə yönəlib.

Təlimlərin açılış mərasimində KTMT baş katibinin müavini Mirlan Turqunbekov, Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini general-mayor Askar Jolamanov, KTMT Birləşmiş Qərargah rəisinin müavini general-leytenant Ruslan Şpekbayev və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 12-də başlayan "Rubej-2026" təlimi 19 sentyabradək davam edəcək.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026