• Bakı 23° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Koronavirus xəstəsi mağazada aşkarlanıb

HADİSƏ

02 Fevral 2022 | 12:17 | Müəllif: Qalib İbrahimoğlu

Koronavirus xəstəsi mağazada aşkarlanıb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Verilən məlumata görə, şəhər sakini Sərdar Hüseynov ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən həmin şəxs şəhər ərazisindəki mağazada aşkarlanıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan S.Hüseynov barəsində İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026