UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, Ukraynanın "Şaxtyor" komandası səfərdə Niderlandın "AZ Alkmaar" klubunun qonağı olub.
"AFAS" stadionunda baş tutan qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb. Tərəflər arasında baş tutan ilk görüşdə Ukrayna təmsilçisi 3:0 hesabı ilə qalib gəldiyi üçün, iki oyunun nəticəsinə əsasən yarımfinala vəsiqə qazanan tərəf "Şaxtyor" olub.
Bakı 




