• Bakı C

    1.88 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Konfrans Liqasında 1/4 final mərhələsinə start verildi

İDMAN

09 Aprel 2026 | 23:39

Konfrans Liqasında 1/4 final mərhələsinə start verildi

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə start verilib

Bakıvaxtı.az xəbər verir ki, açılış oyununda İspaniyanın "Rayo Valyekano" klubu öz meydanında Yunanıstanın AEK komandasını sınağa çəkib. Qarşılaşma La Liqa təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb - 3:0.

Günün digər 3 görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. İtaliya "Fiorentina"sı İngiltərədə "Kristal Pelas"ın, Fransa "Strasburq"u Almaniyada "Maynts"ın, Niderlandın "AZ Alkmaar" kollektivi isə Polşada Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun qonağı olacaq.

Qeyd edək ki, Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları aprelin 16-da keçiriləcək.


SON XƏBƏRLƏR

09 Aprel 2026