• Bakı 19° C

    1.68 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edildi - VİDEO

HADİSƏ

03 Iyun 2025 | 13:45

Köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edildi - VİDEO

Gəncə şəhərinin Ozan küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında azyaşlılar mənzildə bağlı qapı arxasında, köməksiz vəziyyətdə qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilin qapısını açıb və nəzarətsiz qalan 2015 və 2016-cı il təvəllüdlü azyaşlıları valideynlərinə təhvil veriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026