• Bakı 21° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Kolumbiyada helikopter qəzası: 8 hərbçi həlak oldu

DÜNYA

29 Sentyabr 2024 | 23:24 | Müəllif: Subhan Mahmudov

Kolumbiyada helikopter qəzası: 8 hərbçi həlak oldu

Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus “Huey II” helikopteri ölkənin şərqində qəzaya uğrayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə ölkə prezidenti Qustavo Petro “X” sosial şəbəkəsindəki hesabında bildirilib.

“Viçada departamentində humanitar missiyada olan Kolumbiya Hərbi Hava Qüvvələrinin səkkiz əməkdaşının ölümünü təəssüflə bildirirəm. Onların helikopteri qəzaya uğrayıb. Ölkə üçün bu kədərli məqamda ailələrə həmrəy olduğumu bildirirəm”, - deyə o bildirib

Qəzanın səbəbləri hələ müəyyən edilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026