Kolumbiyanın Kali şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Bioloji Müxtəliflik Konfransı (COP16) zamanı bir qrup ətraf mühit fəalı etiraz aksiya keçirib.
Bakıvaxtı.az yerli mediaya istinadla xəbər verir ki, COP16 toplantılarının keçirildiyi əraziyə toplaşan ətraf mühit fəalları şüarlarla müşayiət olunan aksiyalar keçiriblər.
Əllərindəki pankartlarla təbiətin və biomüxtəlifliyin qorunmasının vacibliyinə işarə edən fəallar COP16-da iştirak edən ölkələrdən konkret və təsirli qərarlar qəbul etməyi tələb ediblər.
İqlim dəyişikliyi və biomüxtəlifliyin itirilməsini vurğulayan etiraz aksiyası dinc şəkildə başa çatıb.
Əli Hüseynov













jpg-1732787624.webp)

