• Bakı 18° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Kəngərlidə ağır qəza: Ölən və yaralılar var

HADİSƏ

19 Iyul 2026 | 19:17 | Müəllif: Zeynəb Rzayeva

Kəngərlidə ağır qəza: Ölən və yaralılar var

Naxçıvan-Sədərək magistralının 22-ci kilometrliyində, Kəngərli rayonunun Kərki kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, "Hyundai" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 2010-cu il təvəllüdlü Seyidov Mirməhərrəm Afət oğlu ölüb.

Avtomobildə olan 1998-ci il təvəllüdlü Məmmədova Gülşən Məmmədbağır qızı, 2009-cu il təvəllüdlü Seyidova Aytac Əli qızı, 1959-cu il təvəllüdlü Quluzadə Telli Alı qızı, 1981-ci il təvəllüdlü Seyidova Rüqəyyə Bağır qızı və 2023-cü il təvəllüdlü Məmmədov Araz Pərviz oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. /Teleqraf


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026