• Bakı 23° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Kafedə dava düşdü -  Ər-arvad və gənc oğlan bıçaqlandı

HADİSƏ

30 May 2023 | 09:13

Kafedə dava düşdü - Ər-arvad və gənc oğlan bıçaqlandı

Bakıda kafedə dava düşüb, ər-arvad və gənc oğlan bıçaqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə mayın 28-də inəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, döngə 1-də yerləşən adsız kafedə qeydə alınıb.

Belə ki, kafedə müştəri qismində olan Ağacabədi rayon sakini, 1998-ci il təvəllüdlü Quliyev Elxan Elşən oğlu aralarında baş vermiş mübahisə zamanı digər masada əyləşən Cəbrayıl rayon sakini, 1972-ci il təvəllüdlü Səfərov Səməndər Zəxara oğluna, həyat yoldaşı, Q.Səfərovana və S.Səfərovun bacısı oğlu, 2003-cü il təvəllüdlü Məmmədli İlkin Elşən oğluna bıçaq xəsarətləri yetirib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, E.Quliyev şübhəli şəxs qismində saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026