Rusiyada itkin düşmüş hüquqşünas Sergey Xripunovun meyiti meşədə tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə rus "Telegram" kanalları məlumat yayıb.
Bildirilir ki, vəkilinin meyiti meşədə avtomobilindən aralıda donmuş halda aşkarlanıb. İlkin ekspertiza rəyinə əsasən, kişinin bədənində çox sayda diş izləri olduğu bildirilib. İstintaq meyitin itlər tərəfindən dişləndiyini və bir neçə gündür meşədə olduğunu ehtimal edib.
Məlumata görə, vəkil Volqoqrad vilayətində tanınmış hüquq müdafiəçilərindən biri olub. Onun ölümü araşdırılır.
















