• Bakı 17° C

    0.53 m/s

İsveçdə hərbi poliqonda PARTLAYIŞ

DÜNYA

17 Sentyabr 2026 | 23:40 | Müəllif: Subhan Mahmudov

İsveçdə hərbi poliqonda PARTLAYIŞ

İsveçdə hərbi təlim poliqonunda baş verən partlayış nəticəsində hərbçilər də daxil olmaqla yeddi nəfər yaralanıb.

Bakıvxtı.az-ın  "Sveriges Radio"ya istinadən məlumatına görə, partlayış saat 16:00-dan sonra (Bakı vaxtı ilə saat 18:00) Karlsborq şəhəri yaxınlığındakı hərbi təlim poliqonunda baş verib.

Məlumata görə, yaralanan yeddi nəfərdən beşi reanimasiyadadır. İsveç Silahlı Qüvvələrinin sözçüsü bildirib ki, yaralananların bəziləri hərbçilərdir.

Polis partlayışın səbəbini araşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR