• Bakı 27° C

    1.23 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

İsti havaya görə bu üsula əl atdılar

DÜNYA

08 Avqust 2026 | 00:48

İsti havaya görə bu üsula əl atdılar

Cənubi Koreyada anomal istilər səbəbindən kölgəli və daha sərin yerləri tapmağa kömək edən tətbiq hazırlanıb.

Bakıvaxtı.az xəbər verir ki, tətbiqi 23 yaşlı gənc Minjun Yu hazırlayıb.

Bildirilib ki, tətbiq günəşin vəziyyətini, binaların və ağacların yaratdığı kölgələri analiz edərək istifadəçilər üçün daha sərin şəraitdə piyada gedə biləcəyi yolu müəyyənləşdirir.

Həmçinin avtobusda günəş düşməyən tərəfi və metroda daha sərin yerləri tapmağa imkan yaradır.

Qeyd edək ki, Cənubi Koreyanın cənub-şərqində yerləşən Yansae bölgəsində avqustun 2-də temperatur 42,5 dərəcəyə yüksəlib.

Bu, 1904-cü ildən bəri ölkədə qeydə alınan ən yüksək temperatur olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Avqust 2026