• Bakı 10° C

    13.85 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1523

İsrailli nazir türk aktyoru təhdid etdi

DÜNYA

08 Aprel 2026 | 12:05

İsrailli nazir türk aktyoru təhdid etdi

Türkiyəli aktyor Görkem Sevindik Fələstinlə bağlı mövqeyinə görə İsrail rəsmisi tərəfindən hədəfə alınıb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər veruir ki, aktyorun Fələstin xalqına dəstək xarakterli çıxışları İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri Itamar Ben-Gvir tərəfindən sərt reaksiyaya səbəb olub. Ben-Gvir Sevindikin rol aldığı "Eşref Rüya" serialındakı obrazına istinad edərək onu təhdid edib. 

Nazir açıqlamasında aktyora müraciətlə bildirib ki, o, “heç vaxt "Kadir Baba" ola bilməyəcək” və yalnız türk seriallarında rol almaqla kifayətlənəcək. O, həmçinin Fələstinli müqavimət üzvlərini “terrorçu” adlandıraraq onlar üçün ölüm hökmünün qüvvəyə mindiyini iddia edib.

Hadisə beynəlxalq hüquq müstəvisində İsrailin siyasətinə qarşı artan tənqidlər fonunda baş verib. Qeyd olunur ki, bir dövlət rəsmisinin sənətçiyə qarşı bu cür ritorikadan istifadə etməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub./Unikal


SON XƏBƏRLƏR