• Bakı 21° C

    7.32 m/s

İsrail Qəzzaya zərbələr endirib -  ölənlər var

DÜNYA

25 Avqust 2025 | 13:07

İsrail Qəzzaya zərbələr endirib - ölənlər var

İsrail Silahlı Qüvvələrinin Qəzza zolağının cənubundakı "Naser" xəstəxanasına endirdiyi hava zərbələri nəticəsində 15 nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” Fələstin səhiyyə orqanlarının nümayəndəsinə istinadən məlumat verir.

Bildirilib ki, onların arasında üç jurnalist, o cümlədən “Reuters” agentliyinin əməkdaşı var.

"Rəsmilərin sözlərinə görə, zərbələr nəticəsində həlak olan jurnalistlərdən biri olan operator Hüsam əl-Masri "Reuters" agentliyi ilə müqavilə əsasında işləyirdi. Agentliklə müqavilə əsasında işləyən fotoqraf Hatəm Xalid də yaralanıb", - agentlikdən qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026