İsrailin Rusiya Federasiyasındakı səfiri Oded Yosef Livanda İsrail hücumu zamanı RT jurnalistlərinin xəsarət alması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Səfir jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.
Martın 19-da redaksiya tapşırığı ilə Livanda olan RT televiziya heyətinin üzvləri Livanın cənubunda İsrailin raket hücumu nəticəsində xəsarət alıblar.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalist və operatorun lazımi tibbi yardım aldığını bildirib.
O qeyd edib ki, Moskva İsrailin hərəkətlərini "beynəlxalq hüququn kobud şəkildə pozulması, media işçilərinin işinə qəsdən mane olmaq və onların sağlamlığına və həyatına hücum" kimi qiymətləndirir.
Bakı 




