İsrail ordusu Qəzza zolağında əsgərləri və anklavın yaxınlığındakı İsrail yaşayış məntəqələrini hücumlardan qorumaq üçün torpaq bənd tikir.
Bakıvaxtı.az-ın məlumatına görə, AP bu barədə peyk görüntülərinə istinadən məlumat yayıb.
Bu görüntülərə görə, İsrail ordusu nəzarət etdikləri ərazinin 50%-dən çoxunu Qəzzanın qalan hissəsindən ayıracaq nəhəng torpaq bənd tikir. Son bir neçə ay ərzində dağıdılmış yaşayış məntəqələrindən keçən 23 kilometrdən çox bənd tikilib; bu, 40 kilometrlik anklavın uzunluğunun yarısından çoxdur.
Bənd boyunca kəşfiyyat avadanlıqlarının da daxil olduğu təhlükəsizlik zonası yaradılır. Lakin hərbi mənbələr istehkamların nə qədər uzanacağını dəqiqləşdirməkdən imtina ediblər.
Bakı 



