• Bakı 18° C

    1.16 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

İraqda İŞİD-in 14 yaraqlısı öldürülüb

DÜNYA

30 Avqust 2024 | 17:10

İraqda İŞİD-in 14 yaraqlısı öldürülüb

İraqın təhlükəsizlik qüvvələri kəşfiyyat xidməti ilə birlikdə Ənbar vilayətində əməliyyatı başa çatdırıb, nəticədə İŞİD terror qruplaşmasının 14 üzvü öldürülüb.

Bakıvaxtı.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə İraqın birləşmiş əməliyyatlar komandanlığı məlumat yayıb.

Məlumata görə, Ənbar səhrasında aparılan kəşfiyyat fəaliyyəti nəticəsində İŞİD qruplaşmasının liderlərinə qarşı hücum həyata keçirilib. İki ay ərzində xüsusi xidmət orqanları ilə koordinasiyadan sonra yaraqlıların mövqelərinə və sığınacaqlarına aviazərbələr endirilib. Odlu silahların tətbiq edildiyi birbaşa toqquşma zamanı 14 terrorçu öldürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026