• Bakı 23° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İranda Cənubi Amerika ssenarisi yaşanacaq

İQTİSADİYYAT

08 Sentyabr 2026 | 09:27 | Müəllif: Zeynəb Rzayeva

İranda Cənubi Amerika ssenarisi yaşanacaq

Rialın dayanmadan dəyərsizləşməsinin İran iqtisadiyyatına və əhalinin alıcılıq qabiliyyətinə hansı ağır zərbələri vuracağı ciddi suallar doğurur.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, İran valyutasının zəifləməsi prosesi yaxın vaxtlarda səngiməyəcək. Onun sözlərinə görə, rialın dayanmadan dəyərsizləşməsi davamlı olacaq:

"Münaqişə bitənə qədər İranda inflyasiyanın sürətlənməsi və milli valyutanın dəyərdən düşməsi əhalinin alıcılıq qabiliyyətini davamlı olaraq itirməsinə gətirib çıxaracaq”.

Eldəniz Əmirov: Mövcud vəziyyət İranı dərin böhran ssenariləri ilə üz-üzə qoyur

Ekspert vurğulayıb ki, mövcud vəziyyət İranı dərin böhran ssenariləri ilə üz-üzə qoyur:

“Bəzi Cənubi Amerika ölkələrində yaşanan iqtisadi ssenarilərin burada da təkrarlanması artıq tamamilə real görünür. Bu münaqişə bitmədən isə İranda iqtisadi ölçüdə hər hansı yüksəlişin olması və ya rialın yenidən dəyər qazanması gözlənilən deyil”.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026