"İran mütləq Dünya Kubokuna gələcək, bu, şübhəsizdir".
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino bildirib. O qeyd edib ki, yarış 11 iyunda başlayacaq və İran komandası qrupdakı üç oyununu ABŞ ərazisində - Los-Anceles və Sietldə keçirəcək.
C.İnfantino əlavə edib :
"Ümid edirik ki, o vaxta qədər vəziyyət dinc olacaq və bu, həqiqətən də proseslərə kömək edəcək".
C.İnfantino qeyd edib ki, İran komandası gəlməlidir, onlar öz xalqını təmsil edirlər:
"Oyunçular oynamaq istəyirlər".
Məlumat üçün bildirək ki, ABŞ prezidenti Donald Tramp 13 martda özünün "Truth" sosial şəbəkəsində bəyan edib ki, İran milli komandası Dünya Kubokunda xoş qarşılanır, amma o, oyunçuların iştirakının onların həyatı və təhlükəsizliyi üçün uyğun olduğunu düşünmür.
C.İnfantino isə hesab edir ki, idman siyasətdən kənarda olmalıdır.
Aydın Baxış
Bakı 




