• Bakı 22° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

İnternetə çıxışı olmayan smartfonlardan məlumatlar BELƏ OĞURLANIR

CƏMİYYƏT

08 Sentyabr 2026 | 11:00 | Müəllif: Günəş Mərd

İnternetə çıxışı olmayan smartfonlardan məlumatlar BELƏ OĞURLANIR

Hakerlərin internet bağlantısı olmadan belə smartfonlardan məlumat oğurlaya bildiyi açıqlanıb. Zərərli proqramlar oğurlanan məlumatları Bluetooth və Wi-Fi vasitəsilə internetə çıxışı olan digər yoluxmuş cihazlara ötürə bilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Solar 4RAYS” kibertəhdid tədqiqat mərkəzinin zərərli proqram təminatının təhlili qrupunun rəhbəri Stanislav Pıjov “Gazeta.Ru”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, yoluxmuş telefon internetə qoşulmasa belə, kamera, mikrofon və digər sensorlar vasitəsilə məlumat toplamağa və onları cihazın yaddaşında saxlamağa davam edə bilər.

Ekspert “Manic” adlı Android trojanını buna nümunə göstərib. Bildirilir ki, bu zərərli proqram parolları, SMS-ləri, bildirişləri və kontaktları toplayır. İnternet bağlantısı olmadıqda isə yaxınlıqdakı yoluxmuş telefonları taparaq məlumatları Bluetooth və ya Wi-Fi Direct vasitəsilə onlara ötürə bilir.

Pıjov istifadəçilərə tətbiqləri yalnız rəsmi mağazalardan yükləməyi və onların tələb etdiyi icazələrə diqqət etməyi tövsiyə edib. Xüsusilə SMS, bildirişlər və əlçatanlıq funksiyalarına giriş tələb edən tətbiqlərə qarşı ehtiyatlı olmaq lazımdır.

Murad İsmayıl 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026