• Bakı 19° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

İngiltərədə fövqəladə vəziyyət elan edildi

DÜNYA

27 Yanvar 2025 | 20:48 | Müəllif: Subhan Mahmudov

İngiltərədə fövqəladə vəziyyət elan edildi

İngiltərənin Somerset bölgəsində daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib.

Bakıvaxtı.az xəbər verir ki, “Herminia” qasırğası nəticəsində İngiltərə və Uelsdə 50-dən çox daşqın xəbərdarlığı qüvvədədir. Fırtınanın sürəti cənub-şərqdə saatda 83 milə (təxminən 134 km/saat) çatıb. Ən çox zərər çəkmiş bölgədə yaşayan sakinlər evakuasiya olunub.

İngiltərənin cənubu və Uelsdə külək və yağışla bağlı sarı xəbərdarlıqlar edilib. Bu xəbərdarlıqlar xüsusilə cənub-qərb bölgələrində çərşənbə axşamına qədər uzadılıb.

Britaniya Hava Yolları Londonun Hitrou hava limanında 26 daxili və Avropa reysini ləğv edib.

Səlahiyyətlilər sakinləri ehtiyatlı olmağa və hava şəraiti ilə bağlı yenilikləri izləməyə çağırır./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026