• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Yoluxma sayı ARTIR: İnfeksionistdən VAKSİNASİYA ÇAĞIRIŞI

CƏMİYYƏT

22 Noyabr 2022 | 14:48

Yoluxma sayı ARTIR: İnfeksionistdən VAKSİNASİYA ÇAĞIRIŞI

Son günlər koronavirusa yoluxanların sayı əvvəlki günlərə nisbətdə artmağa başlayıb.

Yoluxmanın artması bizə nədən xəbər verir?

İnfeksionist Nicat Əzimli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, koronavirusa yoluxmalarda artımın olması artıq hər payız-qış mövsümündə rastlaşa biləcəyimiz təbii bir haldır: “Lakin, xəstəlik hələ də bəzi fərdlər üçün təhlükəli olmaqda qalır. Bunun müqabilində də tədbirlər görmək ehtiyacı yaranır”.

İnfeksionist deyib ki, viruslu xəstəliklərə qarşı ən effektiv tədbir isə, əlbəttə, vaksindir: “Bu ona görə belədir ki, biz vaksinasiya zamanı virusa təhlükəsiz yolla məruz qalırıq və orqanizm virusla tanış olur. Beləliklə, qarşıdan gələn artımda xəstələnməmək üçün spesifik immunitet qazanmaqda, yəni vaksinasiya olunmaqda fayda var”.

Müsahibimizin sözlərinə görə, həmişə sadalanan, lakin heç bir zaman effektini itirməyən maskadan istifadə, sosial məsafəni qorumaq, eləcə də təmizliyə diqqət etmək qaydaları da özlüyündə öz aktuallığını saxlayır.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026