• Bakı 26° C

    8.6 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

İndoneziya sahillərində bərə yandı: 5 ölü, 41 itkin 

DÜNYA

02 Avqust 2026 | 16:26

İndoneziya sahillərində bərə yandı: 5 ölü, 41 itkin 

İndoneziyanın Madura adası sahillərində göyərtəsində 271 sərnişin və ekipaj üzvünün olduğu bərədə yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həlak olub, daha 41 nəfər itkin düşüb.

Axtarış-xilasetmə xidmətinin məlumatına əsasən, 225 nəfər xilas edilib. Qeyd olunur ki, bərə Şərqi Yava əyalətinin Surabaya şəhərindən Cənubi Sulavesi əyalətinin Makassar şəhərinə gedirmiş.

Axtarış-xilasetmə əməliyyatları davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Avqust 2026