"X" şirkəti sentyabr ayında San-Fransiskodakı qərargahını bağlayacaq.
Bakıvaxtı.az "Washington Post"a istinadən xəbər verir ki, "SpaceX" şirkətinin təsisçisi, amerikalı sahibkar İlon Mask San-Fransiskodakı qərargahını bağlayacağı barədə "X" şirkəti işçilərinə xəbərdarlıq edib.
Məlumata görə, işçilərin şirkətin San Xose və Palo Altodakı filiallarına köçürülməsi planlaşdırılır. "X"in yeni qərargahının yeri hələlik müəyyən edilməyib.
Gülşən Şərif
















