• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İki əsgər intihar etdi - Britaniyada

DÜNYA

26 Dekabr 2021 | 21:32

İki əsgər intihar etdi - Britaniyada

Britaniyanın Uiltşir qraflığının Solsberi şəhərindəki hərbi bazada iki əsgər intihar edib.

Bu barədə Bakıvaxtı.az “Daily Mail”ə istinadən xəbər verir.

Bildirilir ki, hərbçilər xidmətə yenicə başlamış 19 yaşlı qızı öz otağında ölü tapıblar. O, atıcı taburunun əsgəri olub.

Onun ölümündən bir neçə saat sonra 28 yaşlı kiçik kapral ölüb. Qəzetin yazdığına görə, hər iki əsgər öz canına qəsd edib.

Böyük Britaniyanın Müdafiə Nazirliyi hadisə ilə bağlı araşdırma apardığını bildirib. Solsberidəki hərbi bazada Milad bayramı zamanı oxşar hadisələrin əvvəllər də baş verdiyi qeyd olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026