• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İğdır yolu nəyi dəyişəcək? - AÇIQLAMA

CƏMİYYƏT

24 Sentyabr 2021 | 14:02

İğdır yolu nəyi dəyişəcək? - AÇIQLAMA

Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da türkiyəli jurnalistlərin suallarına cavab verib. O qeyd edib ki, İğdırdan Azərbaycana yol çəkiləcək və bu yolun çəkilməsi çox önəmli bir addım olacaq.

Bəs İğdır yolunun çəkilməsi Azərbaycana nə kimi faydalar verəcək?

Deputat Vüqar İsgəndərov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Türkiyənin Cənubi Qafqaza gəlişi yeni geosiyasi və geoiqtisadi mənzərəni kökündən dəyişir. :

"Azərbaycan və Türkiyə arasındakı ən yüksək səviyyəli strateji dostluğa, qardaşlığa söykənmiş münasibətlər, demək olar ki, dünyada bənzəri olmayan bir səviyyəyə gəlib çıxıb. Hər iki ölkənin prezidenti görüşlərində, çıxışlarında beynəlxalq platformalarda ölkələrimiz arasındakı münasibətlərin dostluğa, qardaşlığa, bir millət, iki dövlət şüarına söykəndiyini vurğulayırlar. Şuşa bəyannaməsi və orada bağlanmış müqavilə münasibətlərimizin ən yüksək zirvəyə çatdırılmasına bariz nümunədir. ABŞ-dan qayıdan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə evində jurnalistlərlə görüşüb və bir neçə suala cavab verib. Həmçinin, çıxışlarında Cənubi Qafqazda baş verən hadisələrə də toxunub. O, bölgədə nəqliyyat əlaqələrinin açılması, yeni düzənin yaranması, Türkiyə ilə Azərbaycan arasında yeni kommunikasiya infrastrukturunun yaradılmasından da bəhs edib. Atılan addımlarla inşallah Iğdırdan Azərbaycana yol çəkəcəklərini deyib. Bura dəmiryolu da daxildir, bu yolun inşası çox əhəmiyyətli addım olacaq. Eyni zamanda, bildirib ki, “bizim bölgə ilə bağlı beşlik, və ya altılıq platforma kimi layihələrimiz də var. Hazırda Ermənistanın baş naziri Paşinyandan da bu məsələlərlə bağlı müsbət siqnallar alırıq. Bu müsbət yanaşma ilə birlikdə bu və digər vacib mövzularda bəzi addımları da atmağı planlayırıq.” Bu o deməkdir ki, Ərdoğanın fikrincə, bölgədə sülh baxımından yeni mövqe yarana bilər. Əlavə olaraq, o ayın sonu Putinlə görüşəcəyini və bu görüşdə digər məsələlərlə bağlı bu mövzuları da müzakirə edəcəyini bildirib. Bu fikirlərin hər biri onu deməyə əsas verir ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər durmadan yüksək səviyyədə inkişaf etməkdədir. Cənab İlham Əliyevin də söylədiyi kimi, bu iki ölkənin münasibətinin dünyada bənzəri yoxdur. Bu gün Türkiyənin Cənubi Qafqaza gəlişi yeni geosiyasi və geoiqtisadi mənzərəni kökündən dəyişir. Azərbaycan bu reallıqları 44 günlük Vətən müharibəsində qələbə çalmaqla yaratdı. Cənab prezident İlham Əliyev bu reallığı yaratmaqla təkcə Azərbaycan və Türkiyəyə yox bölgədən kənar ölkələr üçün də yeni imkanların yaranmasını şərtləndirdi".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026