q
  • Bakı 13° C

    6.2 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

İctimai nəqliyyatdan ŞİKAYƏT: "Dayanacaqda dayanmırlar"

CƏMİYYƏT

18 Aprel 2026 | 17:48

İctimai nəqliyyatdan ŞİKAYƏT: Dayanacaqda dayanmırlar

Bakıda Hövsan istiqamətinə işləyən sərnişin avtobuslarının dayanacaqda dayanmaması narazılığa səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, 120 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar "Hökumət evi"nin qarşısındakı dayanacaqda dayanmırlar.

Oxu.Az-a açıqlamasında "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, "BakuBus" MMC-nin istismarında olan 1, 2, 4, 10, 20, 32, 46, 88A və 120 nömrəli marşrut xətləri Pușkin küçəsi istiqamətindən Neftçilər prospektinə doğru hərəkət edərkən Hökumət Evi yanında yerləşən dayanacağa daxil olurlar.

"Qeyd olunan dayanacağa daxil olmaları ilə bağlı sürücülərə mütəmadi olaraq xəbərdaredici SMS-lər göndərilir və bu məsələ daimi nəzarətdə saxlanılır. Sorğunuzda hadisənin dəqiq tarix və saatı qeyd olunmadığından konkret fakt üzrə araşdırma aparmaq mümkün olmadı. Bununla belə bildiririk ki, sürücü tərəfindən dayanacağa daxil olmama halı aşkar edildiyi təqdirdə, həmin sürücü barəsində müvafiq tədbir görülür. Bütün sürücülərimizə yenidən müvafiq sms xəbərdarlıq göndərildi", - deyə Ə.Əliyeva bildirib.

 


SON XƏBƏRLƏR