• Bakı 23° C

    10.07 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

HP-dan AÇIQLAMA: Tikinti sektoru...

İQTİSADİYYAT

15 Iyun 2026 | 12:54

HP-dan AÇIQLAMA: Tikinti sektoru...

2025-ci ildə Azərbaycanda tikinti sektoru 0,4 % kiçilib. Halbuki ilin əvvəlində sektorda 4,8 % artım proqnozlaşdırılıb, sonradan bu göstərici 7,9 %-ə yüksəldilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, ötən il qeyri-neft-qaz sektorunda qeydə alınmış 2,7 % artıma əsas töhfə nəqliyyat və ticarət sahələrindən gəlib. Tikinti sektoru isə qeyri-neft-qaz iqtisadiyyatının azalmanın müşahidə olunduğu əsas sahələrdən biri olub.

Palatanın təhlillərinə əsasən, 2022-2025-ci illərdə tikinti sektoru orta hesabla 9,6 % artsa da, 2025-ci ildə bu sahədə qeydə alınan geriləmə əvvəlki illərin müsbət dinamikasından fərqlənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Iyun 2026