• Bakı 16° C

    0.5 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Hindistandan vətəndaşlarına İran xəbərdarlığı

DÜNYA

05 Yanvar 2026 | 21:18 | Müəllif: Subhan Mahmudov

Hindistandan vətəndaşlarına İran xəbərdarlığı

Hindistan öz vətəndaşlarını ciddi zərurət olmadan İrana səfər etməkdən çəkinməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

"Son hadisələrlə əlaqədar Hindistan vətəndaşlarına növbəti bildirişə qədər ciddi zərurət olmadan İran İslam Respublikasına səfər etməkdən çəkinmək tövsiyə olunur", - deyə bəyanatda bildirilir.

Yeni Delhi həmçinin İranda olan Hindistan vətəndaşlarına ehtiyatlı olmağı, etirazların və ya nümayişlərin keçirildiyi ərazilərdən uzaq durmağı tövsiyə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026