• Bakı 31° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Hindistanda təhsil naziri İSTEFA VERDİ - FOTO

DÜNYA

25 Iyul 2026 | 14:55

Hindistanda təhsil naziri İSTEFA VERDİ - FOTO

Hindistanın təhsil naziri Dharmendra Pradhan ölkədə günlərlə davam edən tələbə və gənclərin kütləvi etirazlarından sonra istefa verib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, etirazlar ölkənin müxtəlif bölgələrində ali məktəblərə qəbul imtahanlarının suallarının əvvəlcədən sızdırılması iddialarından sonra başlayıb.

Gənclər hökuməti korrupsiyada, imtahan sistemini isə şəffaf olmamaqda ittiham edərək təhsil sahəsində islahatlar və nazirin istefasını tələb edirdilər.

Pradhan istefasını açıqlayarkən bildirib ki, qərarı gənclərin narahatlıqlarını nəzərə alaraq və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə verib.

Xatırladaq ki, Son həftələr Hindistanın bir sıra şəhərlərində keçirilən aksiyalar hökumətin sərt müdaxiləsi ilə müşayiət olunmuş, polis etirazçılara qarşı güc tətbiq etmişdi. Bu hadisələr ölkədə narazılığı daha da artırmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyul 2026